Bu il müəllimlərin işə qəbulu müsabiqəsinə Şabrandan 114 vakant yer təqdim edilib- Video

24 2019 16:32

Şabranda müəllimlərin  işə qəbul müsabiqəsindən öncə təşkil edilən pedaqoji kadrların yerdəyişməsində 23 müəllim iştirak edib. Onlardan 8-i seçimini rayondaxili, 15-i isə digər rayonlara edib. Bundan başqa yerdəyişmə müsabiqəsində 12 yeni müəllim Şabrana təyinat alıb.

 Bu il müəllimlərin işə qəbul müsabiqəsinə Şabrandan  114 vakant yer təqdim olunub. Daha çox musiqi və təsviri incəsənət fənləri üzrə ixtisaslı kadrlara ehtiyac var. Rayon üzrə ən çox vakant yerlə çıxış edən Tofiq Abbasov adına 1 saylı tam orta məktəbdir. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidir. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.