Qubada 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb- Video

25 2019 15:58

Quba şəhərində istismar müddəti başa çatan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb. 4 mərtəbəli,  İki girişdən ibarət çoxmənzilli binanın ümümi sahəsi 980 kvadratmetrdir.

Tikinti işlərinə apreldən başlanılıb. Hazırda binanın zirzəmisində dəmir konstruksiyaların quruşdırılması və betonlama işləri aparılır. İyuldan binada mişar daşı ilə hörgüyə başlanılacaq. Tikintidə əsasən yerli tikinti materiallardan istifadə olunur.

Molla Pənah Vaqif küçəsində inşa olunan çoxmənzilli bina gələn il sakinlərin istifadəsinə veriləcək.