Qubada kənd evlərində istirahət edən turistlərin sayı artıb- Video

25 2019 16:29

Qubada kənd turizminə maraq ötən illərlə müqayisədə artıb. Yay turizm mövsümü yeni başlasa da, yaşayış yerlərini sifariş edənlərin sayında artım var. Dağlıq ərazidə, meşələrlə əhatə olunan kənd evlərində ailəvi istirahət edən turistlərə daha çox rast gəlinir.

Ev şəraitinə qalmağa  xarici ölkə vətəndaşları da üstünlük verir. Təklif olunan evlərin qiyməti yerləşdiyi yerdən və şəraitindən asılı olaraq dəyişir.

Qubaya gələn qonaqlar əsasən Qəçrəş, Xınalıq, Təngəaltı və Afurca kəndlərindəki evlərdə dincəlməyə üstünlük verir.