Dolu Qusarda ciddi fəsadlar törədib- Video

27 2019 16:14

Günorta saatlarında 5 dəqiqə ərzində yağan dolu Qusarın bir sıra kəndlərində biçilməmiş taxıl zəmilərinə, tərəvəz sahələrinə və meyvə bağlarına ciddi ziyan vurub.

Güclü küləklə müşayət olunan dolu nəticəsində Çiləgir kəndində ağaclar aşıb, bir evin dam örtüyü sıradan çıxıb.

Çiləgir və Urva kəndlərindəümumilikdə 40 hektara yaxın taxıl, 27 hektar tərəvəz sahəsi yararsız vəziyyətə düşüb. Elektrik naqilləri sıradan çıxıb.

Dolu Quba rayonunun bir sıra ucqar yaşayış məntəqələrində də fəsadlar törədib. Meyvə bağlarına, taxıl sahələrinə, kələm, kartof, lobya və pomidor təsərrüfatlarına daha çox ziyan dəyib. Dolunun fəsadları ilə bağlı müraciətlər araşdırılır.