Şabran Xalq Teatrı III Respublika Xalq Teatrları festivalının qalibi olub- Video

27 2019 16:23

Kollektiv müsabiqədə İlyas Əfəndiyevin “Hökümdar və qızı” pyesi ilə çıxış edib. Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Cabir Əmrahovdur. Kollektiv festivalda 12 nəfərlik heyyətlə çıxış edib.  

Şabran Xalq Teatrı  hazırda İsi Məlikzadənin “Subaylarınızdan görəsiz” və Bəxtiyar Vahabzadənin “Dar Ağacı” pyesləri əsasında hazırlanan yeni tamaşalar üzərində çalışır. Kolllektiv bu tamaşalarla Şabranda və ətraf rayonlarda qastrol səfərləri ilə çıxış edəcək.

İyunun 23 və 24-də paytaxtda keçirilən III Respubliika Xalq Teatrları festivalının final mərhələsində  Cəlilabadvə Şərur xalq teatrları II yerə, Mərdəkan, Zaqatala və Yevlax xalq teatrları isə III yerə layiq görülüb.