Qusarda yem emalı müəssisəsi istifadəyə verilib- Video

28 2019 16:08

Qusarın Gədəzeyxur kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən açılış mərasimində bildirilib ki, yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub. Müəssisədə hər birinin gücü saatda 2 tona çatan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.

 

Yem emalı müəssisəsi Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən SEDA layihəsi çərçivəsində istifadəyə verilən sayca 29-cu yem emalı müəssisəsidir.