Siyəzənli məktəbli qəbul imtahanlarında Şimal regionunda ən yüksək nəticə göstərib- Video

29 2019 15:38

Mikayıl Müşfiq adına Siyəzən şəhər 2 saylı məktəbin şagirdi Samirə Qədəşova buraxılış imtahanında 298, ali məktəblərə qəbul imtahanında 385 bal toplayıb. Bununla kifayətlənməyən abitruyent qəbulun yay mərhələsində də iştirak edib. Samirə Qədəşova 2-ci imtahanın nəticəsinin daha yüksək olacağını gözləyir.

Siyəzənli məktəbli ali məktəblərə qəbul imtahanında IV ixtisas qrupunu seçib. Samirənin həm riyaziyyat müəllimi,  həm də valideyini olan Mətanət Qədəşova deyir ki, o, riyaziyyat, kimya və biologiya fənnlərinə aşağı siniflərdən böyük maraq göstərib.

Qəbull imtahanlarında yüksək nəticə göstərən abituriyent Tibb Universitetinin tələbəsi olmaq istəyir.  Həkim olmaq Samirənin uşaqlıq arzusudur.

Bu il Siyəzənin ümumi təhsil məktəblərini 350 şagird bitirib. Ali məktəblərə sənəd verənlərdən 30-u 500, 12-si 600-dən yuxarı bal toplayıb.