Qubada almanın tezyetişən növlərinin məhsuldarlığı yüksəkdir- Video

04 2019 10:04

Qubada almanın yayda yetişən sortlarının bu ilki məhsuldarlığı yüksəkdir. Meyvənin çox olmasının əsas səbəbi çiçəkləmə  dövründə təbii təsirlərə az məruz qalmasıdır. Bağ sahibləri  ilk olaraq “Papirovka” alma növünün dəriminə hazırlaşır. Bu növün yığılması iyulun 15-nə qədər yekunlaşmalıdı. Bundan sonra “Melba” və “Slava” növlərinin toplanmasına başlanacaq.

Məhsuldarlığın yüksək olması almanının keyfiyyətinə mənfi təsir edir. Yay alma sortlarının satışı əsasən yerli bazarlarda aparılır. Almanın ilk dərimi sayılan bu  növlərə bazarda təlabat yüksək oldğundan qiymət fermerləri qane edir.

Qubada alma bağlarının ümumi sahəsi 15 min hektardır. Bunun  15 hektarı yay alma növlərinin becərildiyi sahələrin payına düşür.