Qusarda yeni elektron ATS istifadəyə veriləcək- Video

05 2019 14:59

“Aztelekom” MMC-nin Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, internetə olan tələbatın keyfiyyətlə ödənilməsi üçün yeni, müasir avadanlıqlar quraşdırılıb. telefonlaşmayan Aşağı-İmamqulu kəndində 160 nömrəlik yeni elektron ATS montaj olunaraq istifadəyə veriləcək. Elektron ATS-ə uzunluğu 4500 metr fiber-optik kabel çəkilir. Qurulan yeni EATS vasitəsilə 1500 metr məsafədə yerləşən qonşu Mucuqoba kəndinə də xidmət göstəriləcək. Gələcəkdə rabitə xidmətlərinə əlavə ehtiyac yaranarsa EATS-in nömrə tutumu 512 nömrəyədək artırılacaq.

Bundan başqa, rayon Mərkəzi Elektron ATS-də 30 nömrəlik, Qayakənd kəndindən Qusar şəhərinə 100 nömrəlik, Samur kəndinə 80 nömrəlikdaxili xətt şəbəkəsi tikilib.Əcəxur kəndinə 1600 metr fiber-optik kabel çəkilərək 32 nömrəlik mini ATS quraşdırılıb istifadəyə verilib, Nəcəfkənd və Yuxarı Kalunxur kəndlərinə 1750 metr fiber-optik kabel çəkilib.İnternet keyfiyyətinin yaxşılaşdırılması üçün istismara yararsız kabellər, şəhər və kənd elektron ATS-lərindəki generatorlar, daxili xətt şəbəkəsində istismara yararsız olan məftillər yeniləri ilə əvəz olunub. Ötən il Qusarda  461 yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 1426 nəfər artım qeydə alınıb.