46 km-lik Quba-Qonaqkənd yoluna asfalt döşənir- Video

10 2019 13:15

Dördüncü texniki dərəcəyə uyğun inşa edilən Quba – Qonaqkənd avtomobil yolu iki hərəkət zolaqlıdır. Uzunluğu 46 kilometr olan yolun 42 kilometrinə birinci qat asfalt döşənib. Hazırda Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 4 kilometrlik hissəyə asvalt vurulur.

Qonaqkənd qəsəbəsi yaxınlığında, Vəlvələçay üzərində bir körpü istifadəyə verilib. 114 metr uzunluğunda olan digər körpüdə isə son tamamlama işləri gedir. Yaxın vaxtlarda avtomobil yoluna ikinci qat asvaltın vurulmasına başlanacaq.

Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına da təkan verəcək.