Qubada "ABAD"ın paketləmə fabriki inşa olunur- Video

15 2019 11:42

“ABAD”çılar tərəfindən hazırlanan məhsulların qablaşdırılması üçün Qubada yeni paketləmə fabriki fəaliyyətə başlayacaq. “ABAD”ın sifarişi ilə şəhərin mərkəzində əvvəllər kinoteatr kimi fəaliyyət göstərmiş ikimərtəbəli bina tamamilə yenidən qurularaq əsaslı təmir olunur. Tikinti işləri yekunlaşdıqdan sonra binada yaradılacaq paketləmə fabrikində müxtəlif formalı məhsul qabları, etiketlər hazırlamaq üçün müasir avadanlıqlar quraşdırılacaq. Fabrikin istehsal sahəsi 650 kvadratmetr olacaq.

Quba paketləmə fabrikinin fəaliyyət göstərəcəyi ikimərtəbəli binada yenidənqurma işlərinə apreldən başlanılıb. Binanın ümumi sahəsi 1032 kvadratmetrdir. XX əsrin ortalarında inşa olunan bina uzun illər kinoteatr kimi fəaliyyət göstərsə də əsaslı təmir olunmadığından yararsız vəziyyətə düşmüşdü. 

Quba paketləmə fabrikinin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.

Fabrik fəaliyyətə başladıqdan sonra “ABAD” brendində olan məhsullar müştərilərə yeni dizayn və tərtibatla təqdim olunacaq.