Xaçmazlı fermer yetişdirdiyi taxıl sahəsində rekord məhsul alıb- Video

15 2019 12:08

Xaçmazda  fermer Rövşən Şərifovun buğda sahələrində ölkə  üçün yüksək nəticə sayılan məhsuldarlıq qeydə alınıb. Belə ki, təsərrüfatçı hər hektardan 70 sentnerədək taxıl əldə edib.Müasir texnologiyalardan istifadə edən fermer 10 hektar sahədə buğdanın “Bayraqdar” sortunu yetişdirib. Əkin üçün toxum yerli toxumçuluq təsərrüfatından əldə olunub.

Yüksək məhsuldarlıq əldə olunan taxıl sahəsində torpaq əvvəlcədən kamposlaşdırılıb. Həmçinin ozon texnologiyasından istifadə etməklə toxumların keyfiyyətli saxlanılması təmin edilib. Ozonlaşdırılan toxumlar bütün bakteriyalardan təmizlənir və həmin buğda alaq otlarından daha tez cücərir. Toxumun ozonlaşdırılması məhsuldarlığın 15-20 faiz artmasına şərait yaradır.

Əlbətdə qısa müddətdə bu nəticəyə nail olmaq mümkün deyil. Taxıl əkilən sahə kamposlaşdırılaraq münbitləşməli, torpağın bakterioloji mühitinin tənzimlənməsi həyata keçirilməlidir. Müasir texnologiya və metodlardan istifadə etsək ölkəmizdə taxıla olan təlabatı yerli istehsalın hesabına ödəyə bilərik”, -

Xaçmazda bu ilin məhsulu üçün ümumilikdə 25 min 9 hektar sahədə taxıl əkilib. Bunun 5 min 786 hektarı arpa, 19 min 223 hektarı isə buğda zəmiləridir.