Xaçmazda pomidorun kütləvi yığımına başlanılır- Video

18 2019 15:13

Hava şəraitinin qeyri sabit keçməsi Xaçmazın pomidor sahələrində yığımı gecikdirsə də məhsuldarlıq yüksək qiymətləndirilir. Yaxın günlərdə pomidorun kütləvi yığımına başlanacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri kütləvi yığım öncəsi Xaçmazda pomidor sahələrinə baxış keçirib. Məhsuldarlığı yüksək qiymətləndirən mütəxəssislərin fikrincə yaxın günlərdə başlayacaq kütləvi yığım pomidorun qiymətinə də təsir edəcək.

Ötən il Xaçmazda 2043 hektar pomidor sahəsindən 52 min 70 ton məhsul yığılıb. Bu il isə təsərrüfatçılar 2123  hektar sahədə pomidor əkiblər.