Qusarda 14 yaşayış məntəqəsini birləşdirən 40 kilometrlik yolun tikintisi davam edir- Video

23 2019 15:02

Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi işlərində növbəti mərhələyə başlanıb. 40 kilometrlik magistrala ikinci qat asvalt örtüyünün vurulmasına başlanıb. Hazırda işlər Cibir kəndi ərazisində gedir.

Ümumilikdə yolun eni genişləndirilərək 10 metrə çatdırılıb. İki qatdan ibarət yeni asvalt örtüyünün eni 6 metr, qalınlığı isə 12 sm təşkil edir.

40 km-lik Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi 2020-ci ildə yekunlaşacaq.