Bu il Qubada 1800-ə yaxın abonent ilk dəfə təbii qazdan istifadə edəcək- Video

25 2019 14:15

Qubanın Hacıhüsyenli və Əliməmmədoba kəndlərinin qazlaşdırılması işləri yekunlaşmaq üzrədir. Hazırda mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılır.

Hacıhüsyenli və Əliməmmədoba kəndlərində işlər avqustda yekunlaşacaq. Yaşayış məntəqələrində 700-dən çox abonent ilk dəfə mavi yanacaqdan istifadə edəcək.

Hacıhüsyenli və Əliməmmədoba kəndləri ilə yanaşı hazırda Qubanın 9 yaşayış məntəqəsinə qaz xətləri çəkilir. Ümumilikdə il ərzində rayonda daha 1800-ə yaxın abonent ilk dəfə mavi yanacaqla təmin ediləcək.