Xaçmaz şaftalısının məhsuldarlığı aşağıdır- Video

29 2019 13:22

Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan inzibati dairəsinə aid kəndlərin ərazisindədir. Burada 1000 hektardan çox meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Hazırda bağlarda “Zalatoy”, “Fədai” və “Nektarin” kimi sortların yığımı həyata keçirilir. Ötən ilə nisbətən məhsuldarlığın az olması isə fermerlərin ürəyincə deyil.

Meyvənin hazırkı qiyməti də təsərrüfatçıları qane etmir. Onlar şaftalının bir kiloqramını növündən və keyfiyyətindən asılı olaraq 50 qəpikdən 80 qəpiyə kimi dəyişən qiymətlərlə satırlar.

Yığılan məhsul paytaxt bazarına əsasən də Rusiya Federasiyasına göndərilir. Ümumilikdə, Xaçmaz rayonunda 3 min hektaradək şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tonadək şaftalı toplanır.