Yeni dərs ilində Qubada 960 şagird yerlik məktəbin açılışı olacaq- Video

30 2019 15:17

Qubanın Alekseyevka kənd tam orta məktəbi üçün inşa edilən yeni bina 3 mərtəbədən ibarətdir. Köhnə binanın yenisi ilə əvəz olunması işlərinə ötən ilin dekabrından başlanılıb. 960 şagird yerlik təhsil ocağında hazırda son tamamlanma işləri gedir.

Üçmərtəbəli binada 40 sinif, 6 laborotoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana olacaq. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.

Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi üçün inşa edilən bina yeni tədris ilində istifadəyə veriləcək.