Xaçmazda yüksək bal toplayan tələbələrə təqaüd kartları verilib- Video

04 2019 15:02

Milli Məclisin deputatı İlham Əliyev Xaçmaz rayonundan yüksək balla ali məktəblərə qəbul olunan tələbələrlə görüşüb. Görüş zamanı 10 tələbəyə Milli Məclisin deputatı adından fərdi təqaüd kartı təqdim olunub. Həmin tələbələr təhsil müddətində hər ay 100 manat məbləğində təqaüd alacaqlar. Bununla yanaşı Yeni Azərbaycan Patiyası Xaçmaz rayon təşkilatı ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbəyə 100 manat təqaüd verəcək.

Deputatın təşəbbüsü ilə həyata keçirilən ənənəvi aksiya 9 ildir davam etdirilir. Bu illər ərzində, ümumilikdə, 92 nəfərə fərdi təqaüd kartı verilib.

Bu il Xaçmaz rayonu üzrə ali məktəblərə 464 nəfər qəbul olub. Onlardan 63-ü 500-dən, 11-i isə 600-dən yuxarı bal toplayıb.