“ARB Günəş”in daha bir uğuru- ARB Şimal

04 2019 15:09

II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya festivalının Seçim komissiyası müsabiqə proqramına daxil edilən animasiya filmlərinin adlarını və ssenarilərin siyahısını elan edib. Müsabiqəyə 50 ölkədən 268 müraciət daxil olub. Festivalın finalına çıxanların arasında Azərbaycanın ilk uşaq telekanalı “ARB Günəş”in Layihələr Departamentinin direktoru Çimnaz Şıxverdiyevanın da adı var.

 “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kateqoriyasında onun müəllifi olduğu “Ağaclar necə danışır?” adlı ssenarisi münsiflər heyəti tərəfindən qiymətləndirilərək növbəti tura vəsiqə qazanıb.

Müsabiqə proqramına buraxılan bütün film və ssenariləri beynəlxalq münsiflərlə yanaşı uşaqlardan ibarət münsiflər heyəti də qiymətləndirir.  Qaliblər II ANİMAFİLM festivalının oktyabrın 20-də keçiriləcək bağlanış mərasimdə elan olunacaq.