Xınalıqda musiqi festivalı keçirilib- Video

10 2019 14:16

Xınalıqda təşkil edilən “Dağların başı” layihəsinin son 3 gününə yerli və xarici musiqiçilərin iştirakı ilə konsert proqramı rəng qatıb. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsini turistlərə daha əlçatan etmək üçün həyata keçirilənfestival böyük maraqla qarşılanıb.

Dövlət Turizm Agentliyinin və “VarYox” mədəniyyət və incəsənət təşkilatının dəstəyi ilə həyata keçirilən layihəyə avqustun 16-dan start verilib. Layihə çərçivəsində Xınalıq kəndində uşaqlara ingilis dili, teatr, foto dərsləri və 12 uşağın iştirakı ilə foto müsabiqə keçirilib. Festivalda yerli sakinlərin hazırladıqları məhsulların satışı məqsədilə yarmarka da təşkil olunub.

3 həftəboyunca azərbaycanlı və xarici sənətkarlar Xınalıq kəndində məskunlaşıb, mədəniyyət və incəsənət nümunələri ərsəyə gətiriblər. Burada yerli əhaliyə xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər keçilib.

Qoruğun sosial-mədəni həyatının inkişaf etdirilməsi məqsədilə bu cür təşəbbüslərin davam etdirlməsi nəzərdə tutulur.