Şabran məktəblərinə 50-dən çox yeni müəllim təyinat alıb- Video

13 2019 16:38

Bu tədris ilində ilk dəfə Şabranda dərs deyəcək müəllimlərdən biri də Ülvi Orucovdur. 2 ildir pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllim rayonunun Pərviz İdrisov adına Ağbaş kənd tam orta məktəbində çalışacaq. O, bu istəyini  müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak etdikdən sonra reallaşdırıb.

2018-2019-cu illərdə müəllimlərin işə qəbulu müsabiqəsinə Şabrandan 114 vakansiya təqdim edilib. Boş iş yerlərinin çoxu təsviri sənət, musiqi, bilologiya fənnlərdən ibarətdir. Yeni dərs ili öncəsi rayona təyinat alan müəllimlərin sayı 47-dir. Onlardan 26-sı müsabiqə nəticəsində, digərləri isə yerdəyişmə əsasında istəyini reallaşdırıb.

Qeyd edək ki, Şabran rayonunda  47 məktəb var. Bunlardan 20-si tam orta, 17-si ümumi orta,10-u isə ibtidai tədris ocaqlarıdır.