Xaçmazda 5 məktəb binasının açılışı olub- Video

16 2019 16:11

Xaçmaz şəhərindəki Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbin kollektivi “Bilik günü”ndə əsl bayram sevinci yaşayıb.

Məktəb üçün tikilmiş ikimərtəbəli, 432 yerlik müasir bina yeni dərs ilinin ilk günündə qapılarını müəllim və şagirdlərin üzünə açıb.

Yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimə rayon rəhbərliyi, Milli Məclisin deputatı Eldəniz Səlimov, məktəb kollektivi və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

Mərasimdə bildirilib ki, dövlət vəsaiti hesabına inşa olunan yeni təhsil ocağında şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb. Burada fizika və kimya laboratoriyaları, informatika kabineti, idman və akt zalı, kitabxana, tibb otağı fəaliyyət göstərəcək. Məktəbin ərazisində yaradılan futbol meydançası və müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafının təmin olunmasına xidmət edəcək.

Müasir istilik sistemi ilə təchiz edilən yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa olunub.

Diqqətə çatdırılıb ki, Xaçmazda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində nəzərəçarpacaq işlər görülüb. Bu gün rayonda 4 modul tipli məktəb binasının da açılışı olub.

.