Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümü “Sönmüş talelər” tamaşası ilə açacaq- Video

18 2019 10:53

Yazıçı- dramaturq Rafiq Rəhimlinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Sönmüş Talelər” tamaşası narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən bəhs edir. Tamaşanın ictimai baxışında yerli sakinlərlə yanaşı əsərin müəllifi Rafiq Rəhimli də iştirak edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Bu mövsüm teatrın repertuarında  4 yeni tamaşa daxil edilib. Onlar mərhələli şəkildə təqdim ediləcək. Bundan başqa teatrın kollektivi “Sönmüş Talelər” tamaşası ilə ətraf rayonlarda da çıxış etmək niyyətindədir.

Qusar Dövlət Ləzgi Dram Teatrının 28-ci mövsümün açılışını “Sönmüş Talelər” tamaşası ilə edəcək. Səhnə əsəri sentyabrın sonlarına kimi teatrsevərlərə təqdim olunacaq.