Xaçmazda məktəblilərlə maarifləndirici görüş keçirilib- Video

19 2019 16:51

Kərim Məhərrəmov adında Xudat şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən görüşə müəllimlərlə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları və yuxarı sinif şagirdləri qatılıb. Çıxış edənlər internetdəki zərərli informasiyaların şagirdlərə təsiri haqqında məlumat verib. Bildirilib ki, hazırda ölkədə internet istifadəçilərinin sayı ümumi əhalinin 80%-nə yaxındır. Onların arasında məktəblilər də var. Lakin internetdən heç də hamı məlumat almaq, maariflənmək məqsədilə istifadə etmir. Xüsusilə yeniyetmə və məktəblilər zərərli informasiyların, şiddət təbliğ edən görüntülərin təsiri altına tez düşür. Bu problemdən çıxış yolu isə şagirdlərə maarifləndirci görüşlər keçirib, profilaktik söhbətlər aparmaqdır.

Görüşün keçirildiyi məktəb rayonun böyük təhsil ocaqlarından sayılır. Burda 1000 nəfərdən çox şagird təhsil alır. Görüş  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Regional Medianın İnkişafına Yardım İctimai Birliyinin "Xaçmaz rayonunda məktəblilərin internet informasiya resuslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər" layihəsi çərçivəsində keçirilib.