Qusardakı superintensiv alma bağlarında məhsuldarlıq yüksəkdir- Video

24 2019 17:47

Qusarın Çubuqlu kəndində yerləşən təsərrüfatda alma bağlarının ümumi sahəsi 80 hektara yaxındır. 10 il öncə salınan bağda əsasən  “Golden”, “Fuji”, “Brebrun”, “Grani-Smit” kimi xarici sortların əkiməsinə üstünlük verilib. Yüksək məhsuldarlığa malik növlərin yığılması oktyabrın sonlarında yekunlaşacaq. Toplanan meyvə yerli bazarlarla yanaşı, xaricə də göndəriləcək.

Superintensiv meyvə bağlarının bu ilki məhsuldarlığı yüksəkdir. Burda əkilən sortlar ənənəvi bağlardan 3-4 dəfə daha çox məhsul verir. Ənənəvi bağların hər hektarından 20-25 ton məhsul yığılırsa, superintensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir.

Qusarda intensiv meyvə bağlarının ümumi sahəsi 1119 hektardır. Bunun 764 hektarını alma bağları təşkil edir. Artıq həmin meyvə bağlarından 1121 ton məhsul toplanıb. Ümumilkdə isə  rayondakı intensiv alma bağlarından hər mövsüm 50 min tondan çox məhsul alınır.