Qubanın Zərdabi qəsəbəsində yeni məktəb tikiləcək- Video

02 Oktyabr 2019 15:18

Şəhid Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbi 44 il öncə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunur. Hazırda təhsil ocağının köhnə binasının sökülməsi işləri həyata keçirilir.

Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbi üçün tikiləcək 960 şagird yerlik yeni bina üçmərtəbəli olacaq. Həmin binanın yerində inşa ediləcək yeni məktəbdə sinif, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, laborotoriyalar, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq.

Hazırda Qubada Zərdabi qəsəbə tam orta məktəbindən başqa 1-ci Nügədi kəndində 792 şagird yerlik təhsil müəssisəsi inşa olunur. Bununla yanaşı bu il rayonda daha 5 modul tipli məktəb binası tikiləcək.

Zərdabi qəsəbə tam orta məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.