Xaçmazın 3 kəndinə təbii qaz verilib- Video

02 Oktyabr 2019 16:35

Xaçmazın Seyidlər, Digahoba və Aşağı Ləgər kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb. 250-ə yaxın abonenti olan 3 yaşayış məntəqəsinin mavi yanacaqla təmin olunması üçün birpilləli sistem əsasında 22 min 439 metr müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunub. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bununla da Xaçmazda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 117-ə çatdırılıb. Hazırda şimal regionunda daha 13 yaşayış məntəqəsinin qazla təmin olunması istiqamətində son tamamlanma işləri gedir.

İlin sonuna kimi Şimal regionunda daha 2800-ə yaxın abonent ilk dəfə mavi yanacaqla təmin ediləcək.