Xaçmazda şagirdlərlə maarifləndirici görüş keçirilib- Video

03 Oktyabr 2019 14:48

Xaçmaz rayonunun Qıraqlı kənd ümumi orta məktəbində keçirilən görüşə müəllimlərlə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları və şagirdlər qatılıb. Çıxış edənlər internetdəki zərərli informasiyaların şagirdlərə təsiri haqqında məlumat verilib. Bildirilib ki, hazırda ölkədə internet istifadəçilərinin sayı ümumi əhalinin 80%-nə yaxındır. Onların arasında məktəblilər də var. Amma şagirdlərin hamısı internetdən məlumat almaq faydalanmaq üçün istifadə etmir. Onların arasında cinayətkar qrupların təsiri altına düşənlər, dini cərəyanlara meyl edənlər, pis vərdişlərə qurşananlar da var. Bu il ölkədə 64 nəfər azyaşlı cinayət hadisəsi törətdiyi üçün istintaqa cəlb olunub.

Görüşün keçirildiyi Qıraqlı kənd ümumi orta məktəbində 100-ə yaxın şagird təhsil alır. Maarifləndirci tədbir   Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə yarıdmı ilə Regional Medianının İnkişafına Yardım İctimai Birliyinin  “Xaçmaz rayonunda məktbəlilərin internet informasiya resuslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi əsasında keçirilib.