Media nümayəndələri Qubada yeni fəaliyyətə başlayan müəllimlərin dərs prosesini izləyib- Video

03 Oktyabr 2019 16:16

Qubaya təşkil olunan mediatur çərçivəsində mətbuat nümayəndələri Əspərasti, Alekseyevka və Qəçrəş kənd tam orta məktəblərində yeni tədris ilindən pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşüb, onların dərs prosesini izləyiblər. Mediatur iştirakçılarına bildirilib ki, Nurəddin Rzayev adına Əsparəsti kənd tam orta məktəbi 2016-cı ildə tikilib istifadəyə verilib. 180 şagird yerlik məktəbdə 164 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. Onlardan yüksək bal toplayan 4 müəllim yeni tədris ilində işə başlayıb.

Daha sonra media nümayəndələri bu il yeni istifadəyə verilən Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi ilə tanış olublar. Ümumilikdə cari tədris ilində 145 nəfər müəllimlərin işə qəbulu prosesində uğur qazanaraq Qubada pedaqoji fəaliyyətə başlayıb. Onlardan 85-i müddətsiz,  60 nəfər isə müddətli müqavilə ilə çalışır.

Ümumilikdə 2019-2020-ci tədris ilində ölkə üzrə 7 mindən çox müəllim işə qəbul olunub.

Mediatur İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbi ilə tanışlıqla davam edib.