Azərbaycanda otlaq və örüş yerlərinin sahəsi azalır- Video

14 Oktyabr 2019 12:27

Örüş sahələrinin azalmasını heyvandarlıqla məşğul olan fermerlər də təsdiqləyir. Bu problemə görə, təsərrüfatındakı heyvanların baş sayını azaldanlar da var.  Mal qaranın tövlə şəraitində, örüşə çıxarılmadan  uzun müddət saxlanılması  fermerin əlavə vəsait xərcləməsi deməkdir.

Qubadakı örüş sahələrinin sahəsi 89 min hektardır. Bunun da çoxu dəniz səviyyəsindən 1500- 3000 metr yüksəklikdə yay otlaq sahələridir. Əsas problem heyvanların qışda otarılması üçün sahələrin az olması ilə bağldır.

Ölkədə otlaq və örüş sahələrinin az olması Kənd təsərrüfatı nazirliyini də narahat edir. Bunun üçün Heyvandarlığın inkişafına və örüş-otlaq sahələrinin səmərəli istifadəsinə dair Dövlət Proqramı hazırlanıb.Proqrama əsasən  örüş-otlaq sahələrinin bir hissəsini əkin yerlərinə çevirərək, heyvanların müəyyən qisminin intensiv şəraitdə saxlanılması nəzərdə tutulur.

Azərbaycanda 2,6 milyon iribuynuzlu, 8,5 milyona yaxın xırdabuynuzlu heyvan var. Heyvandarlığın inkişaf etdiriməsinin 65-70 faizi yem bazasının tam təmin olunmasından asılıdır.