Qubada VI “Alma bayramı” keçirilib- Video

14 Oktyabr 2019 12:45

Qubada 2012-ci ildən etibarən keçirilən Alma bayramı şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub. Bayram tədbirində şimal bölgəsində yaşayan azsaylı xalqların nümayəndələrinin, folklor qrupların, idmançıların, müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş keçirilib.

20 minə yaxın insanın iştirak etdiyi VI “Alma bayramı”nda adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş olunub.

Tədbirə qatılan qonaqlar mərasimdə təqdim olunan kompozisiya və stendləri maraqla izləyib, almadan hazırlanan müxtəlif təamları dadıblar.

Sonda Azərbaycanın tanınan incəsənət ustalarının iştirakı ilə bayram konserti təqdim olunub.