Xaçmazda yuxarı sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib- Video

16 Oktyabr 2019 09:37

Çingiz Abdullayev adına Xaçmaz şəhər 2 №-li tam orta məktəbdə keçirilən görüşə müəllimlərlə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları və yuxarı sinif şagirdləri qatılıb. Çıxış edənlər internetdəki zərərli informasiyaların şagirdlərə təsiri haqqında məlumat verilib. Bildirilib ki, hazırda ölkədə internet istifadəçilərinin sayı ümumi əhalinin 80%-nə yaxındır. Onaların arasında məktəblilər də var. Amma şagirdlərin hamısı internetdən məlumat alamq faydalanmaq üçün istifadə etmir. Onların arasında cinayətkar qrupların təsiri altına düşənlər, dini cərəyanlara meyl edənlər, pis vərdişlərə qurşananlar da var. Tədbirdə çıxış edən Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov şagirdlərə zərərli və pis  vərdişlərdən uzaq durmağı tövsiyyə edib.  Məktəblilərin internetdən yalnız bilik səviyyələrini artırmaq və məlumatlanmaq  üçün istifadə etməli olduğunu bildirib.

Görüşün keçirildiyi Xaçmaz şəhər 2 №-li tam orta məktəbdə 1000-dən çox şagird təhsil alır. Maarifləndirci tədbir   Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə yarıdmı ilə Regional Medianının İnkişafına Yardım İctimai Birliyinin  “Xaçmaz rayonunda məktbəlilərin internet informasiya resuslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi əsasında keçirilib.