Şimal regionunda Dövlət Müstəqilliyi Günü qeyd edilib- Video

19 Oktyabr 2019 08:32

Qusarda 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə yürüş təşkil olunub. 500-dən çox gənc “Müstəqilliyimiz əbədidir, dönməzdir!”, “Yaşasın müstəqil Azərbaycan” şüarları ilə şəhər mərkəzindən 5 kilometr məsafəni qət edib. Yürüş iştirakçıları müasir Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Sonra müxtəlif növlər üzrə nümunəvi idman çıxışları nümayiş etdirilib. Tədbir ağac əkmə kompaniyası ilə davam etdirilib.

Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon tədbirində Dövlət Müstəqilliyi Günü qeyd olunub. Çıxış edənlər bildiirb ki, XX əsrin sonlarında qlobal miqyasda cərəyan edən proseslər Azərbaycan üçün də yeni üfüqlər açdı, xalq ən yeni tarixində bir daha müstəqil və azad yaşamaq hüququ qazandı. “1991-ci il avqustun 30-da Müstəqillik Bəyannaməsini, həmin il oktyabrın 18-də isə Konstitusiya Aktını qəbul edən parlament, hələ sovetlər birliyinin beynəlxalq hüququn subyekti kimi tanındığı bir vaxtda Azərbaycan Respublikasının suveren və müstəqil dövlət olduğunu və Azərbaycan xalqının öz taleyini artıq özünün müəyyənləşdirdiyini bəyan etdi. Ulu Öndərin uzaqgörən dünyəvi dövlət quruculuğu və milli inkişaf konsepsiyası 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət müstəqilliyi daha da möhkəmlənib, suverenliyimiz əbədi və dönməz xarakter alıb. Bayram tədbiri incəsənət ustlarının çıxışarı ilə yekunlaşıb.