Xaçmaz sakininin “kiçik zooparkı”- Video

23 Oktyabr 2019 15:56

Xaçmazın Çaykənarı kənd sakini Ömər Hacıbalayev fərdi təsərrüfatı “kiçik zoopark”a bənzəyir. Burda  müxtəlif ölkələrdə yetişdirilən ev quşlarına, həmçinin ekzotik və çöl quşlarına rast gəlmək mümkündür. 66 yaşlı Ömər Hacıbalayevin heyvan saxlamaq  həvəsi uşaq yaşlarında başlayıb. Hazırda onun “kiçik zoopark”ının  25 növə yaxın 100-dən çox sakini var.

Təsərrüfatındakı quşların  satış qiyməti onların   yem ehtiyatını artıqlamasıyla qarşılayır. Müştərilər  qırqovul, ponpon və brama toyuqları, eləcə də xalmaqul qazlarını almağa üstünlük verir. Təsərrüfat sahibi quşların yumurtalarının da satışından gəlir əldə etdiyini bildirir.

Həvəskar fermer təsərrüfatındakı quşların sayını artırmağı planlaşdırır. O, qarşıdakı illərdə “kiçik zoopark”ına dəvəquşları da daxil edəcəyini bildirir.