Xaçmazın xurma bağlarında məhsuldarlıq yüksəkdi- Video

25 Oktyabr 2019 11:40

Xaçmazlı təsərrüfatçılar xurma bağlarında bol məhsul yetişdiriblər. Artıq bir neçə gündür ki, məhsul yığımına başlanılıb. Xaçmazda yetişdirilən xurmanın 80-90 faizi Rusiya bazarına göndərilir. İş adamları xurmanın kiloqramını sortundan və keyfiyyətindən asılı olaraq 30-40 qəpiyə alırlar.

Xaçmaz rayonunda 1119 hektar xurma bağı var. Ötən il xaçmazlı təsərrüfatçılar 8 min tondan çox məhsul əldə ediblər.