Qubanın I Nügədi kəndində yeni məktəb binası inşa olunur- Video

26 Oktyabr 2019 15:06

Quba rayonunun daha bir kəndində yeni məktəb binası inşa olunur. Birinci Nügədi kəndində tikilən 792 şagird yerlik, üçmərtəbəli məktəb binası gələn il istifadəyə veriləcək. Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə iyundan başlanılıb. 3500 kvadratmetr sahəni əhatə edən binanın hazırda üçüncü mərtəbəsi və köməkçi tikililər inşa olunur.

 Binada 44 sinif, 5 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 396 yerlik akt zalı, kitabxana və 200 yerlik yeməkxana olacaq.

Beş korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.