Xudat şəhərində əsaslı təmir olunan bağça istifadəyə verilib- ARB Şimal

28 Oktyabr 2019 16:20

Xaçmaz rayonunun Xudat şəhərindəki uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.Azərbaycan hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində yenidən qurulan bağça 55 yerlikdir.

USAID-in ölkəmizdə həyata keçirdiyi “Sosial-İqtisadi Layihələrə Dəstək Proqramı” (SEDA) çərçivəsində təmir olunan bağçada uşaqların təlim-tərbiyəsi, kiçik yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb.

Çıxışlardan sonra tədbir iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.