İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Siyəzəndə 8500 ağac əkiləcək- Video

01 Noyabr 2019 12:46

Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkədə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə siyəzənlilər böyük coşqu ilə qoşulub. Rayonda genişmiqyaslı kampaniyaya ciddi hazırlıq işləri görülür. Ağacların əkilməsi üçün 7 hektara yaxın sahə ayrılıb. Kampaniya çərçivəsində bir gündə 8 min 500 ağac tinginin əkilməsi nəzərdə tutulur.

Bu kampaniya Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji baxımından olduqca əhəmiyyətlidir. Nəsiminin xatirəsinə əkiləcək ağaclar, salınacaq bağlar ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcək.