İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Xaçmazda 3 min ağac əkiləcək- Video

05 Noyabr 2019 15:53

Xaçmazda Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə hazırlıq işləri başa çatıb. Kampaniya çərçivəsində rayon ərazisində bir gündə 3 min  ağac tinginin əkilməsi nəzərdə tutulub. Gəndov-Yalama yolunun kənarları boyunca Vəlvələçaydan Ağçayadək olan ərazidə müxtəlif ağac tinglərinin əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə artıq hamarlama işləri aparılıb, arxlar çəkilib, çalalar qazılıb və sahələr gübrə verilərək əkinə hazırlanıb.

Ölkədə yaşıllıqların salınmasına böyük ehtiyac var. Kampaniya ekoloji mühitin qorunması baxımından olduqca əhəmiyyətlidir. Həyata keçirilən bu kimi işlər həm Azərbaycanın təbiətinin daha da zənginləşməsinə, ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir.