Qubada 12 min hektardan çox sahədə payızlıq taxıl əkiləcək- Video

13 Noyabr 2019 11:10

Quba rayonunda 12 min 250 hektar sahədə payızlıq taxıl əkiləcək. Artıq 4 min 200 hektar sahədə səpin işi başa çatdırılıb. Qubalı təsərrüfatçılar əsasən buğdanın “Qobustan”, “Bezos”, “Günel”, “Əzəmətli-95”, arpanın isə “Qarabağ 22” və “Cəlilabad” sortlarına üstünlük verirlər. Bu növlər rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir.

Taxılçılar bütün qüvvələrini kampaniyanın müvəffəqiyyətlə başa çatmasına səfərbər ediblər. Taxıl əkiləcək sahələrdə keyfiyyətli şum aparılıb, gübrə verilib. Eyni zamanda, əkinçilər yüksək reproduksiyalı rayonlaşdırılmış toxum sortları və səpin aqreqatları ilə təmin olunurlar.

Ötən mövsüm Quba rayonu üzrə 32 min 800 ton taxıl əldə edilib.