Qubanın Xanəgah kəndində yeni körpü sakinlərin istifadəsinə verilib- Video

13 Noyabr 2019 11:20

Quba rayonunun Xanəgah kəndində Çağacıq çayı üzərində inşa olunan avtomobil körpüsü sakinlərin istifadəsinə verilib.

Xanəgah kəndini iki hissəyə ayıran çayın üzərində tikilən üçüncü körpünün eni 6, uzunluğu isə 10 metrdir. Bundan əvvəl daha iki körpü inşa olunaraq istifadəyə verilib.

Körpünün açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Bildirilib ki, Çağacıq çayı üzərində bu körpülər tikilməmişdən əvvəl sakinlər kəndin bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirdilər. Yeni körpüdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə piyada səkiləri qurulub. Bununla da piyadaların, həmçinin məktəbə gedən şagirdlərin də körpüdən asanlıqla keçməsi təmin edilib.