Qubada qış turizm mövsümünə hazırlıq işləri yekunlaşıb- Video

13 Noyabr 2019 15:45

Füsünkar təbiəti ilə ölkənin əsas turizm istiqamətlərindən sayılan  Qubada yeni qış mövsümün başlamasına sayılı günlər qalır. Artıq rayondakı istirahət mərkəzləri soyuq qış günlərində turistləri qəbul etməyə tam hazırdır. Onların bəzilərində ziyarətçilərin istirahətdən zövq almaları üçün müxtəli əyləncələr də təklif olunur. Bura bələdçi xidməti, qarlı meşələrə gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq və sair aiddir. Artıq bir sıra obyektlərin Yeni il bayramı  şousunun  proqramı da məlumdur.

Qış fəslində Qubada 10-na yaxın istirahət mərkəzi fəaliyyət göstərir. Həmin obyektlərdə qiymətlər 50 manatdan başlayır. Yüksək keyfiyyət və xidmət təklif edən mərkəzlərdə isə istirahətin qiyməti 3 min manata kimi arta bilər. Bundan başqa dağ kəndlərindəki bəzi yaşayış evləri də turistlərə təklif olunur. Qışda Qubaya gələn ziyartəçilər müxtəlif tarixi abidələri və təbiət mənzərələrini əhatə edən  6 istiqamətə təşkil olunan tur-paketlərdən də istifadə edə bilər. Həmin istiqamətlərdən ikisi Qusarın Həzrə və Ləzə kəndlərinədir.

Ölkənin Şimalında qış turizm mövsümü əsasən dekabr-mart aylarını əhatə edir. Həmin dövrdə bu bölgədə yerləşən istirahət mərkəzlərinə minlərlə turist gəlir.