Şabranda 50 mindən çox heyvan dabaq xəstəliyinə qarşı peyvənd olunacaq- Video

22 Noyabr 2019 15:47

Şabran rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri davam etdirilir. Fərdi təsərrüfatlarda aparılan müayinələr 24882 baş iribuynuzlu, 23 min 942 baş xırdabuynuzlu heyvanı əhatə edəcək. Peyvənləmə işləri ilə yanaşı təsərrüfatçılarla maarifləndirci söhbətlər də aparılır.

Aqrar Xidmətlər Agentliyinin Şabran Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən bu ilin  "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinələr aparılır. Artıq rayon ərazisindəki 24 min 019 baş iribuynuzlu, 45 min 450 baş xırdabuynuzlu heyvan qara yaraya qarşı peyvənd olunub. Brüselyoz xəstəliyə görə, 2322 baş heyvanda qan nümunəsi alınaraq seroloji müayinə aparılıb.

Şabran rayonunda  48 min baş xırdabuynuzlu, 25 min baş iribuynuzlu heyvan qeydiyyatdadı. Təsərrüfatlarda profilaktik tədbirlərin 1 ay ərzində  yekunlaşması nəzərdə tutulur.