Bu il Xaçmazda 224 ailə özünüməşğulluq proqramına cəlb olunacaq- Video

26 Noyabr 2019 15:34

Hazırda Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində işsız və işaxtaran şəxslərin aktivlərlə təmin olunması prosesi davam etdirilir. Bu il rayonda dövlət dəstəyindən 164 ailə faydalanıb. İlin sonuna kimi 224 ailənin aktivlərlə təmin olunması nəzərdə tutulub. Özünüməşğulluq proqramında vətəndaş dövlətin verdiyi dəstək sayəsində öz biznesini qurur, iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir.

2020-ci ildə isə rayonda daha 300-dən çox ailə özünüməşğulluq proqramından faydalanacaq.

Xaçmazda 4 il ərzində 300-dən çox ailə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.