İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Qusarda 6 min ağac əkiləcək- Video

29 Noyabr 2019 11:16

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qusarlılar da böyük həvəslə qoşulublar. Rayon ərazisində bir gündə 6 min ağac tinginin əkilməsi nəzərdə tutulur.

Təşəbbüslə əlaqədar rayonda qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib. Qusar şəhəri ərazisi, rayon mərkəzindən “Şahdağ” Turizm Mərkəzi və Xudat istiqamətindəki yolların kənarı boyunca müxtəlif ağac tinglərinin əkilməsi planlaşdırılır. Ağacların əkiləcəyi ərazilərdə artıq hamarlama işləri aparılıb, arxlar çəkilib, çalalar qazılıb və sahələr əkinə hazırlanıb.