Qubanın 4 kəndinə təbii qaz verilib- Video

29 Noyabr 2019 16:16

Quba rayonunun Hacıhüseynli, Gənclər, Çaydüzü və Əliməmmədoba kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

907 abonenti olan 4 yaşayış məntəqələrinin qazlaşdırılması üçün 63 min 128 metr metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qubada qazlaşdırılan yaşayış məntəqələrinin sayı 72, qazdan istifadə edən abonentlərin sayı isə 28 min 500-ə çatdırılıb.