Xaçmazda yeni subsidiya mexanizminə keçidlə bağlı görüş keçirilib- Video

02 Dekabr 2019 16:50

Kənd Təsərrüfatı Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etdiyi görüşlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi mərhələsinin başlamasına həsr olunub.Bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə əsas fəaliyyət prinsiplərini - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə və innovasiyaların tətbiqini özündə ehtiva edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi layihəsini həyata keçirməyə başlayıb.

Fermerlər payızlıq əkinləri bəyan etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinə, bölgələrə ezam olunmuş səyyar qruplara, regionlardakı “ASAN xidmət” mərkəzlərinə müraciət edə və informasiya-məsləhət xidməti ala bilərlər.