Bu il Qubada 700-dən çox arıçıya subsidiya verilib- Video

03 Dekabr 2019 16:49

Qubada son illər arıçılığa maraq artıb. Bu il rayonda 717 təsərrüfatda arı ailəsinin saxlandığı pətəyin üzərinə nömrə nişanları vurularaq onların qeydiyyatı aparılıb. Arıçılara ümumilikdə 18 min 946 arı ailəsinə görə subsidiya verilib.

Arıçılara saxladıqları hər arı ailəsinə görə ildə 10 manat məbləğində subsidiya verilir. Dövlət dəstəyi 2018-2022-ci illəri əhatə edir.

Növbəti il arıçılara subsidiyaların təqdim olunmasına apreldən start veriləcək.