Qubada yaradılan xüsusi siniflərdə 200-ə yaxın şagird təhsil alır- Video

05 Dekabr 2019 16:00

Qubadakı fizika-riyaziyyat təmayüllü liseydə yaradılan 8 sinifdə 194 şagird təhsil alır. Onlardan 127-si oğlan, 67-si isə qızdı. Onlara 28 müəllim dərs deyir. Xüsusi siniflərin yeddisi fizika-riyaziyyat, biri isə kimya-biologiya fənnləri üzrə yaradılıb. Fənn olimpiadalarında yer tutan və imtahanlarda uğur qazananan şagirdlərin  təşkil olunan xüsusi siniflərdə tədris prosesi fərqlidir.

Xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdləri inkişaf etdirmək, onların seçdikləri istiqamət üzrə daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir. Bu siniflərdə üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. İmtahanlarda göstəriciləri aşağı olan şagirdlərin xüsusi siniflərdə təhsil almalarına imkan verilmir.

Ölkə üzrə hazırda   Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı, 47 rayon, 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4 minə yaxın şagird həmin siniflərdə təhsillərini davam etdirir.