Qusarda folklor festivalı keçirilib- Video

05 Dekabr 2019 16:40

Qusar Mədəniyyət Sarayında təşkil edilən festivalda  folklor kollektivlərinin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Şimal rayonlarında müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər. Burada multikultural dəyərlər, ənənələr qorunub saxlanılır.

"Multikulturalizm Azərbaycanda həyat tərzidir" adlı festivalın əsas məqsədi ölkəmizdəki zəngin mədəni irsin, multikulturalizm ənənələrinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də rayonlararası mübadiləni gücləndirməkdir.

Festivalda, 20-yə yaxın müxtəlif azsaylı xalqlara məxsus folklor kollektivləri və ifaçıları çıxış edib.